• AZ
  • RU
  • EN

Digər növ boyamalar.

Venesiya sayağı reflenin digər növ boyanmalardan fərqi
Kaliforniya sayağı refle kimi, bu boyanma da seçmə saçların işıqlandırılmasını nəzərdə tutur. Bunun üçün
çalar olaraq təbii saç rənginə yaxın, lakin daha açıq boyadan istifadə edilir. Hər iki növ boyanma zamanı
sizin saçlarınız günəşdə yanmış kimi görünür.Bu üsullar arasındaki əsas fərq ondadır ki Kalifornia sayağı
açığ Venesiya sayağı isə tünd saçlarda həyata keçirilir.
Venesiya reflesinin texnikası bir az şatuş və balayajı xatırladır: bütün bu hallarda usta rəngi uzadaraq və
folqadan istifadə etməyərək, etinasız xaotik vuruşla boyanı saça tədbiq edir.Lakin texnikalar arasında
bəzi fərqlər də var: şatuş və balayaj bütün uzunluğu boyunca saçların boyanmasını nəzərdə tutur.
Daha bir populyar boyanma olan ombreni xatırlasaq, Venesiya sayağı refle ilə onun arasında ümumi çox
az şey var. Ombre açıq-aydın bir rəng keçidi sərhədinin mövcudluğunu nəzərdə tutur.
Venesiya sayağı reflenin müsbət və mənfi cəhətləri
Üstünlükləri:

*Boya ayrı-ayrı tellərə açıq havada vurulur, ona görə də, onun mənfi təsiri çox az olur.
*Rəngləri oxşar bir neçə (adətən üçdən artıq) boyadan istifadə edilir.Bu palitranın zənginliyi və tonlarının
çox olmasına nail olmağa imkan verir.
*Venesiya sayağı refle,məsələn, şəlalə və ya nərdivan kimi laylı saç düzümünün vurğulanmasını mümkün
edir.
*Yandırılmış saçların əlavəsi edilməsi saç düzümünü daha həcmli etmək üçün imkan verir.
*Tez-tez düzəliş tələb etmir:hər 2-3 aydan bir onu yeniləmək kifayətdir.
*Siz ilk saçlara düşən dəni gizlətmək üçün refle edə bilərsiniz.
*Uzun, qısa, düz, dalğalı kimi müxtəlif uzunluğu və teksturası olan saçlar üçün uyğundur.
Çatışmazlıqları:
*Venesiya sayağı reflenin tünd və açıq qəhvəyi saçların üzərində həyata keçirilməsi prosesi saçlara mənfi
təsir göstərə biləcək bir açıqlıq tələb edir.
*Reflenin həyata keçirilməsi texnikası olduqca mürəkkəbdir.Təcrübəsiz ustaya rast gəlmə ehtimalı çox
yüksəkdir.
*Qiymətlərinin yüksək olması. Bu boyama prosedurunun olduqca zəhmətli olması və onun həyata
keçirilməsi üçün ammiaksız incə boyaların istifadə olunması ilə bağlıdır.
Kimə yaraşır?
Venesiya sayağı refle istənilən uzunluqda olan saç düzümünə yaraşır. Qısalığına görə rənglrin keçidi o
qədər də görünmədiyinə görə garson və ya Pixie kimi ultraqısa saç düzümləri istisna təşkil edir.
Boyanmış tellər hamar və düz saçlarda daha çox görülər. Dalğalı və buruq saçlar daha yumşaq və təbii
effekt əldə etməyə imkan verir: ağardılmış saçlar az diqqət çəkir və maksmum təbii görünür.
Qalın saçlar refle üçün ideal variantdır. Əgər sizin nadir və ya nazik saçınız varsa, venesiyalı vizual olaraq
onların həcmini artıracaq.