• AZ
  • RU
  • EN

Gündəlik dəriyə qulluğun 10 qızıl qaydası

QAYDA 1:

Dəri növünüzə uyğun olan qulluq vasitələri seçin

Dəriyə qulluqda birinci və ən əhəmiyyətli qayda xüsusiylə sizin dəri növünüz üçün hazırlanmış kosmetika vasitələrindən istifadə etməkdir. Quru və yağlı dərinin tələbləri xeyli dərəcədə fərqlənir.

QAYDA 2:

Həssas dəri səthlərinə xüsusi qayğı göstərin.

Dəri üzün müəyyən yerlərində daha incə və həssasdır..Göz və dodaqlar ətrafındaki dəri özəlliklə xüsusi qayğı,tələb edir. Bunlar ən həssas və xüsusi diqqət tələb edən sahələrdir.

QAYDA 3:

Zərif təmizləmə

Həssas dəriyə qulluq, makiyajın yuyulması ilə başlayır.Təbii tarazlığını qorumaq və əlavə stressə məruz qoymamaq üçün, dərinin zərif təmizlənməsi üçün xüsusiylə hazırlanmış neytral pH ilə olan makiyaj təmizləyici vasitələrdən istifadə edin.

QAYDA 4:

Gözlər risk bölgəsidir

Göz ətrafındaki dəri digərlərindən on dəfə daha incədir. Gözlərən makiyajın təmizlənməsi üçün xüsusi vasitələrdən istifadə edin.

QAYDA 5:

Pilinq (eksfoliasiya) – üz dərisinə qulluq üçün zəruri prosedurduradır

Həftədə bir və ya iki dəfə dəriniz üçün uyğun olan pilinqdən istifadə edin. Pilinq effektiv, lakin incə olmalı və dərini zədələməməlidir. Dərinin təbii balansını saxlamaqla onu yaxşı təmizləyən, yumşaldan və neytral pH ilə olan vasitələri seçin.

QAYDA 6:

Nəmləndirmə vacibdir.

Dermis 70%, epidermis isə 15% sudan ibarətdir. Dərinin həmişə yaxşı nəmlənmiş olması üçün,dərinin nəmliyini daimi səviyyədə saxlayan nəmləndirici vasitələri seçin. Həmçinin artıqlarını termal su ilə aradan qaldıraraq, nəmləndirici maskadan da müntəzəm istifadə edə bilərsiniz.

QAYDA 7:

Hipoallergen dekorativ kosmetikalara üstünlük verin

Dəri növünüzə uyğun gəlməyən kosmetik məhsulların istifadəsi ilə bağlı allergiya riskinin qarşısını almaq üçün, xüsusi olaraq həssas dərilər və göz ətrafındaki dəri daxil olmaqla, bütün dəri tipləri üçün hazırlanmış hipoallergen dekorativ kosmetikaları seçin.

QAYDA 8:

Günəşdən müdafiə

Mövsümdən asılı olmayaraq , günəşdən müdafiə filterləri ilə olan kosmetik vasitələrdən istifadə edin.

Onlar qocalma prosesini sürətləndirən günəş işığının zərərli təsirlərinin azalmasını təmin edir.

 

QAYDA 9: Mənfi xarici faktorlardan çəkinin.

Ətraf mühitin çirklənməsi, siqaretin çəkilməsi, stress .Bütün bunlar dəriyə mənfi təsir göstərir. Siz evdən çıxana qədər sizi mənfi faktorlardan qoruyan kosmetik məhsullardan istifadə edin və axşam evə qayıtdıqda dərinizi səliqə ilə təmizləyin.

QAYDA 10: Dodaqlar haqqında unutmayın

Bunun zəruri olduğunu hiss etdikdən sonra, dodaqlar üçün bərpaedici kremdən

 

Bir cavab yazın