• AZ
  • RU
  • EN

Dırnaq qaynağı növləri.

Dırnaq qaynağı növləri.

Barmaqlara zəriflik və əllərə bütünlüklə estetik mükəmməllik qatmaq məqsədiylə dırnaq qaynağı etmək əksər müasirxanımlar üçün bu gün adi bir hala çevrilib.Bu da təəcüblü deyil, çünki əksər hallarda öz təbii dırnaqlar arzuolunan uzunluğa çatmadan, tez-tez qırılma xüsusiyyətinə sahib olduqlarından, onların uzadılmasının çox çətin olması halları da az deyil. Gözəl uzun baxımlı dırnaqcıqlara sahib olmaq tələbatı nə qədər güclü olsada, çox vaxt həyatın dəlisov ritmi buna imkan vermir və onların ən nəhayət, nə zaman uzanacağını gözləməyə səbr çatmır.Hərhalda, qadınların, gözəl manikür heç də istisna olmamaqla, hər şeydə bitib tükənməyən mükəmməllik axtarışlarını bilən ixtiraçı ustalar zamanında bu axtarışlarında xanımlara necə kömək edəcəklərini kəşf etdilər. Elə o vaxtdan, dırnaq uzatmağın müxtəlif texnika və növlərini uğurla sınaqdan keçirdikdən sonra, gənc xanımlara bu və ya digər yollarını sınaqdan keçirməyi genişliklə təklif edirlər. Həmdə bu baxımdan seçim üçün alternativ variantlar təklif edilir. Beləliklə, müasir bir xanım, öz hazırki vəziyyətində yeganə uyğun gələn və düzgün seçimini müəyyən etmək üçün, dırnaq qaynağı növləri və texnikası haqqında nələri biməlidir? İlk öncə bilməlidir ki iki yol mövcutdur-tipsi və forma. Eləcə də dırnaq qaynağının iki əsas növü var-akril və gel qaynaq. Bunların hansına üstünlük vermeyin qərarlaşdırmaq bu və ya digər texnikaların fərqini ətraflı öyrəndikdən sonra sizə düşər. Dırnaq qaynağı etməyin yolları: tipsi və ya forma ilə Tipsi ilə dırnaq qaynağı deyiləndə, plastikdən hazırlanmaqla özlüyündə elə tipsi təşkil edən, artıq hazırlanmış halda olan plastinlərdən istifadə nəzərdə tutulur.Tipslər müxtəlif formalar, ölçülər, hətta rənglərdə olurlar, hər bir fərdi müştəri ilə çalışma hallarında isə usta fərdi yanaşma ilə ən uyğun olanını seçir.

Bir cavab yazın