• AZ
  • RU
  • EN

Dırnaqlara qulluq

Barmaqlara zəriflik və əllərə bütünlüklə estetik mükəmməllik qatmaq məqsədiylə dırnaq qaynağı etmək əksər müasir xanımlar üçün bu gün adi bir hala çevrilib. Bu da təəcüblü deyil, çünki əksər hallarda öz təbii dırnaqlar arzuolunan uzunluğa çatmadan, tez-tez qırılmağa meyilli olduqlarından, onların uzadılmasının çox çətin olması halları da az deyil. Gözəl uzun baxımlı dırnaqlara sahib olmaq tələbatı nə qədər güclü olsada, çox vaxt həyatın dəlisov ritmi buna imkan vermir və onların nə zaman uzanacağını gözləməyə səbr çatmır.Ancaq ixtiraçı ustalar zamanında bu axtarışlarında xanımlara necə kömək edəcəklərini kəşf etdilər.Beləliklə dırnaq qaynağında iki yol mövcutdur-tipsi və forma. Eləcə də dırnaq qaynağının iki əsas növü var-akril və gel qaynaq. Bunların hansına üstünlük vermeyin qərarlaşdırmaq bu və ya digər texnikaların fərqini ətraflı öyrəndikdən sonra sizə düşər. Dırnaq qaynağı etməyin yolları: tipsi və ya forma ilə ..Tipsi ilə dırnaq qaynağı deyiləndə, plastikdən hazırlanmaqla özlüyündə elə tipsi təşkil edən, artıq hazırlanmış halda olan plastinlərdən istifadə nəzərdə tutulur.Tipslər müxtəlif formalar, ölçülər, hətta rənglərdə olurlar, hər bir fərdi müştəri ilə çalışma hallarında isə usta fərdi yanaşma ilə ən uyğun olanını seçir.Mon Caprice gözəllik mərkəzi gözəlliklə bağlı bütün sahələrdə sözün əsl mənasında peşəkarlığını sübut etmiş ustalarla xidmətinizdədir.Bu baxımdan dırnaqlara qulluq bölməsi öz xüsusiliyi ilə fərqlənir.Ustalarımız istər aparat manikürü istərsə də fərdi manikürlə dırnaqlarınıza istədiyiniz qayğı və qulluq göstərərək sizi məmnun edəcəklər.İstədiyiniz dizaynda manikürlə və pedikürlə siz özünüzü xüsusi hiss edəcəksiniz.Mon Caprice-in dırnaqlarınıza peşəkar yanaşması ilə əmin olun ki, dırnaqlarınız hər zaman qüsursuz, manikürünüz isə dəbli görünəcək.