• AZ
  • RU
  • EN

Həssas dəri üçün ot maskaları

Həssas dəri çox şıltaqdır və xüsusi qayğı ilə diqqətli müalicə tələb edir.Buna görə dərini sakitləşdirən
proseduralar faydalı olacaq. Maskaları çobanyastığı,cəfəri,kalendula,gicitkən,jenşen,eleuterokokk çiçəkləri,aloe şirəsi və fındıq yarpağından hazırlamaq tövsiyə olunur.
Həssas dəri üçün bal və aloe şirəsi əsasında hazırlanmış maska faydalı olacaqdır.  Aloe yarpaqları kəsilir və
bir çay qaşığı sellüloz alınır. O yumurta sarısı, və bir çay qaşığı bal mayesi ilə birləşdirilir.Bu tərkib
maddələr qarışdırılır və üç çay qaşığı miqdarında süd tozu əlavə edilir. Nəticədə qalın xamaya bənzər bir
qarışıq əmələ gəlməlidir.  O üzə vurulur, 20-25 dəqiqə saxlanılır,sonra su ilə yuyulur.

Normal dəri üçün ot maskaları

Normal dəriyə də həmçinin daimi, lakin daha mülayim qayğı lazımdır. Onu həddindən artıq qurutmamağa
diqqət edilməlidir. Yağlı kremdən istifadə əks göstərişdir. Müalicəvi çobanyastığı,qanqurudan,melissa,
məxmər çiçəyi, yemişan meyvələri və qatırquyruğundan maskalar hazırlamaq faydalıdır. Otlar ilə hazırlanan buxar vannası
Normal dəri üçün buxar vannalar tədbiq edilir. Onların hazırlanması üçün qaynar su ilə doldurulan, nanə,
çobanyastığı və melissadan ibarət iki ovuc bitki qarışığı götürülür. Üzü on dəqiqə buxarla
yumuşaldılır.  Proseduradan sonra, bir saat ərzində günə çıxmamaq tövsiyə olunur.