• AZ
  • RU
  • EN

Kirpik qaynağı

Əgər gözlər qəlbin aynasıdırsa, kipriklər də onun çərçivəsidir.Hərhansı bir xanımın gözəlliyi haqqında danışılırsa ilk öncə onun cazibədar baxışları vurğulanır.Çünki iti və mənalı baxışlar gözəlliyin ən başlıca amilidir. Gözlərin gözəl görünməsi üçün əsas rolu kirpiklər oynayır. Hər xanıma uzun və sıx kipriklər nəsib olmadığı üçün qaynaq kipriklərdən istifadə ən əlverişli üsul sayılır.

Əslində qaynaq kipriklər gözəl və praktikdir: tuşa vaxt itirməyə, hər axşam onu yumağa, çimdiyiniz və yağışa düşdüyünüz zaman rəngin yayılmasından narahat olmağa ehtiyac yoxdur. Mon Caprice-nin kirpik qaynağı ustası sizi keyfiyyətli kirpik qaynağı ilə vurğulayıcı baxışlara qovuşdurur.Dərin və vurğulayıcı baxışlara sahib olmaq hər xanımın istəyidir.Bu istəyiniz sadəcə arzu olaraq qalmamağı üçün Mon Caprice sizə bir birindən gözəl kirpik qaynağı növlərini və formalarını təklif edir. Öz kirpiklərinizə heçbir zərər gəlmədən daha gözəl və sıx kirpiklərə bizimlə sahib olun!