• AZ
  • RU
  • EN

Makiyaj

Özünə qulluq etmək və gözəl görünmək hər bir qadının arzusudur.Bunun üçün çox vaxt xüsusi qulluq vasitələrindən və makiyajdan istifadə edilir.Ancaq kortəbii istifadə edilən makiyaj müvəqqəti olaraq gözəl görünüş versə də , dərinin sağlamlığına ciddi ziyan vura bilər. Makiyaj vasitələrinin ən böyük əks təsiri allergik reaksiyalar yaratmasıdır.Mon Caprice-nin peşəkar makiyaj ustaları sizə brend makiyaj məhsulları ilə gözəl görünüş bəxş etməklə yanaşı eyni zamanda dərinizin təravətini də qoruyurlar.Beləcə siz makiyajın kənar təsirlərinə məruz qalmadan gözəl görünərək hər kəsdən fərqlənirsiniz. Fərqli insanlar olduğu kimi fərqli zövqlərə uyğun makiyaj növləri də mövcuddur.Yay aylarında əsasən təbii üz, heç yoxmuş kimi görünən makiyaj və ya təbii görünüş daha çox arzuolunandır.
Buna nail olmaq bəzən çox çətin görünür.
Təbii görünüşlü makiyaj heç makiyaj etməmək demək deyil, az makiyajla təbii görünməkdir.
Buna nail olmaq mümkündür. Bunun üçün sadəcə ən əsas vasitələrdən istifadə olunur. Ancaq bu zaman ən əhəmiyyətli amillərdən biri də bu vasitələrdən düzgün şəkildə istifadə etməkdir. Bu istəyinizi Mon Caprice-nin peşəkar ustaları çox böyük məharətlə həyata keçirəcəklər.