• AZ
  • RU
  • EN

Makiyajsız necə gözəl görünməli 2ci hissə

Sağlam həyat tərzi sürmək,tez-tez təmiz havada olmaq,düzgün qidalanmanı təşkil etmək,zərərli
məhsullardan imtina etmək,varsa, pis vərdişlərdən xilas olmaq çox önəmlidir. Bir müddət sonra,dəri
vəziyyətinin yaxşılaşmasını,yanaqların qızarmasını,saçların güclü və parlaq olmasını görəcəksiniz. Bütün
bunlar sizin gözəlliyinizə inamınızı və cazibədarlığınızı artıracaq.

Üz və bədənin dərisinin təmizlənməsi və nəmləndirilməsi

Makiyajsız gözəl görünmək üçün,özünüzə gündəlik qayğı göstərməlisiniz. Dərinin müntəzəm
təmizlənməsi və nəmləndirilməsi onun gəncliyinin və gözəlliyinin daimi olmasına kömək edəcək.Makiyaj
altında boz dəri, sızanaq və qırışları daimi gizlətmək mümkün deyil.
Yatmadan əvvəl makiyajı yumağı unutmayın. Hər gün bir qidalandırıcı kremdən istifadə edin.Özünüzə
qarşı diqqətli olun. Orqanizmin vaxtından əvvəl qocalmasına xidmət edən daxili səbəbləri tapın və onlarla
mübarizə aparın.