• AZ
  • RU
  • EN

ODRI 2ci hissə

Bu məşhurun ” Tiffani ilə səhər yeməyi”filmi  bütün dünyada dəb həvəskarlarının ən sevimli filmlərindəndir.

Xüsusilə oxucular üçün, ən əsas da bu möhtəşəm aktrisanın pərəstişkarları üçün- sizi Hollywood film qəhrəmanı kimi
hiss etdirəcək onun stili olan bir makiyaj.

Bu universal, çox zərif və qadına xas bir makiyajdır. Hər şey miqdarında! Bu toy şənliyi üçün
mükəmməl bir qərardır. Bizsə sizə necə ideal bir makiyaj edə biləcəyinizi
deyərik.

QAŞLAR

Odrnin qaşları kimi qaşlar bu gün populyarlıq zirvəsindədir. Onları xətkeş kimi çəkmirlər, onlar qalın
və təbii formadadır. Bir çox insanlar aktrisanı onun uzun qaşları ilə xatırlayır- qaşlara həcmin
verilməsi üçün tünd qələmdən istifadə edin, düz forma yaradın, unutmayın ki, qaşlar maksimum
qalın olmalıdır. Bunun üçün qaşları yaxşıca darayın.

GÖZLƏR

Keçirik gözlərə. Hərəkətli gözü açıq tenlərlə örtürük, qəhvəyi tenlərlə isə yuxarı göz bürüşməsini,
sonra hamısını səliqə ilə kölgələyin.

Ondan sonra kipriklərin uzunluğu boyunca Estée Lauder Double Wear Eye Pencil podvodkasıyla
geniş oxlar çəkirik, həcimli tyşla isə kipriklərin boyayırıq.
Əgər daha parlaq bir effekt təsir istəyirsinizsə, taxma kipriklərdən istifadə edə bilərsiniz.

DODAQLAR.

Makyajda gözlərə vurğu olduğuna görə, dodaqlarınız üçün onların rənginə uyğun gələn açıq rəngli
pomadalardan istifadə edirik. Burad sizin incə rəng çaları olan Max Factor Colour Elixir Lipstick
pomadası işinizə yarıyacaq.

Çox az vaxt ərzində ulduz makiyajınız hazırdır. Zövg alın və unutmayın: Bir qadının gözəlliyi paltar,
forma və ya saç düzümündə deyil. O – gözlərin parlaqlığındadır. Axı, gözlər- sevginin yaşayıdığı bir
qəlbin qapısıdır(Odri Hepbern).