• AZ
  • RU
  • EN

Rəng seçimi

Rəng seçimi

Təbii rəng tonunuzdan az fərqlənən təbii rəngləri seçin. Həmçinin rəng tipi nəzərə alınmalıdır. Əgər sizin
qış və ya yay görünüşünüz varsa sərin,payız olduqda isə isti çalarlar uyğun olacaq.
Venesiya sayağı boyanma zamanı qaraşın xanımlara qoz, brendi, şokolad və qəhvə çalarları uyğun
gəlir. Açıq-qəhvəyi saçlı xanımlara bal, qum, mis, oxra, buğda karamel kimi açıq rənglər tövsiyə edilə
bilər.
Evdə refle etmənin texnikası
Boyanma prosedurundan əvvəl saçları buna düzgün hazırlamaq lazımdır.Saçların ucları zədələnmiş
olmadan sağlam olmalıdır.Boyanın mənfi təsirlərini azaltmaq üçün onu azacıq kirlənmiş saçlara vurmaq
tövsiyə olunur: təbii yağ qatı aqressiv kimyəvi birləşmələrdən müdafiəni təmin edəcək.
Refle üçün sizə lazım olacaq:

*Uyğun rəngli boya və oksid.
*Boyaların qarışdırılması üçün plastik və ya keramik qab (metallik qablardan istifadə etməyin).
*Saçları işlək sahələrə ayırmaq üçün nazik daraq.
*Bərbər sıxacları.
*Birdəfəlik istifadə əlcəkləri.
Venesiya sayağı refle etmə zamanı fəaliyyət qaydası:

1.Paketdə göstərildiyi kimi, boyanı oksidlə qarışdırın. Yaxşıca bulayın.
2.Saçları üfüqi və şaquli hissələrə ayırın. İşlək olmayan saçları sıxaclarla bərkidin.
3.3-4 sm qalınlığında saçları əlinizlə götürüb,döşəməyə paralel çəkiştirin.
4.Sərbəst boyama hərəkətləri ilə boyanı vurun. Diqqət yetirin: saçlar köklərdən 5-8 sm ara saxlanmaqla
boyanır. Kökətrafı zona toxunulmaz qalır,baxmayaraq ki bəzi ustalar yanmış saçların daha gözəçarpan
effekti üçün bu sahənı qaraldmağı məsləhət görürlər.
5. Bu şəkildə bütün saçları emal etdikdən sonra,onların nəfəs almasını təmin edin.Bunun üçün nə bir
folqa nə də xüsusi bir kağızdan istifadə edilmir.
6. Boyanın saça təsir müddəti başa çatdığı zaman, boyanı yuyun.
7.Daha dərin bir rəngin xasil olması üçün uyğun çalarlı boya ilə saçı boyayın.
8.Boyanı yuyun, saçları qurudun və saçınızı darayın.
Bunu həyata keçirmə müddəti saçların qalınlığı və uzunluğundan asılıdır.Orta hesabla, Venesiya sayağı
refle üçün 1.5-3 saat vaxt lazımdır.