• AZ
  • RU
  • EN

Saçların gözəlliyi

Saçların gözəlliyi
Təmiz və sağlam saçlar hər qadını gözəlləşdirə bilər.Ona görə də onlara düzgün qayğı göstərmək
lazımdır.Saçların tez-tez kimyəvi boyalarla boyanmasına aludə olmayın. Bu onların quruluq və
kövrəkliyinə gətirib çıxara bilər. Nəmləndirici maska çox faydalıdırlar. Onlardan həftədə bir
dəfə,müntəzəm istifadə edin. Onlar saçı gərəkli vitaminlər və mikroelementlər ilə doyuracaq, təbii parıltı,
gözəllik, sağlamlıq və baxımlı görünüşü qaytaracaqlar.

Düzgün qidalanma

Düzgün qidalanma – makiyajsız gözəl görünməyin əsas sirlərindən biridir.Duz və şəkərdən az istifadə edin
və ya onlardan tamamilə imtina edin. Qida rasionunuzu meyvə-tərəvəz və qoz-fındıqla zənginləşdirin.Bol
bol təmiz su için və yeməyin üstündən içməyin. Diyetoloqlar günə 2 litrə qədər məhz su içməyi tövsiyə
edir,digər içkiləri deyil.
Daha çox bitki qidalarından istifadə edin, trans piylərlə olan məhsulları qida rasionunuzdan ləğv
edin.Onlar bir çox xəstəliklərin törədicisi kimi, bədən üçün çox zərərlidir.Ümid edirəm ki,
bu məlumat sizin üçün faydalı olacaq.