• AZ
  • RU
  • EN

Saçlara qulluq

Qadınlar daim gözəllik, mükəmməllik arzusunda olur. Bu istəklər çox vaxt qadınları bir sıra süni gözəllik ünsürünün dalınca qaçmağa vadar edir. Bunu xüsusilə də əksər qadınların saçlarını boyamasında, bəzilərinin isə hətta hər ay saçlarının rəngini dəyişməsində görmək olur. Statistikaya görə, qadınların 60 faizi ildə 6-8 dəfə saçlarını boyayır.Bu baxımdan parlaq və möhtəşəm saçlara sahib olmaq artıq xəyal deyil.Mon Caprice sizə parlaq,uzun və sağılam saçlara sahib olmaq imkanını verir.Saçlarınıza keyfiyyətli maskalarla edilən qulluq nəticəsində saçlarınız işıl işıl parlayacaq.Saçlarınızı boyadığınız zaman istər istəməz saçlar öz parlaqlığını və təbii görünüşünü itirir.Bu baxımdan boyamaqla yanaşı fərqli saç kremləri,maskalar və muslardan istifadə etmək məqsədə uyğundur.Salonumuzda sizə brend keyfiyyətli məhsullarla qulluq edildiyi üçün saçlarınız öz təbii görünüşünü itirmir.Bundan əlavə saç ustalarımızın saçlara qulluqla bağlı bir sıra tövsiyyələri mövcuddur. Saç nəm olanda, ona isti ilə yaxından təsir edən zaman su molekulu buxarlanıb partlayır və saça ziyan verir. Saçları uzaqdan tutulan fenlə qurudub sonra ütüləmək lazımdır. Yağlı saçları tez-tez yumaq ziyanlı deyil. Sadəcə, qaynar sudan istifadə etmək yanlışdır. Qaynar su yağ vəzlərini fəallaşdırır, saçları daha da yağlandırır. Ona görə də ilıq su ilə yumaq lazımdır. Təmiz və sağlam saçlar hər qadını gözəlləşdirə bilər.Ona görə də onlara düzgün qayğı göstərmək lazımdır.Saçların tez-tez kimyəvi boyalarla boyanması onların quruluq və kövrəkliyinə gətirib çıxara bilər. Nəmləndirici maskalar çox faydalıdırlar. Onlardan həftədə bir dəfə,müntəzəm istifadə edin. Onlar saçı gərəkli vitaminlər və mikroelementlər ilə doyuracaq, təbii parıltı,gözəllik, sağlamlıq və baxımlı görünüşü qaytaracaqlar.