• AZ
  • RU
  • EN

Saçların dolaşmasının səbəbləri

Saçların asan daranması üçün vasıtələrə ümumi baxış.

Qalın saçlara sahib olmaq- əksər qadınların arzusudur. Amma onlara sahib olanlar, saça qulluq etməyin nə qədər çətin olduğunu bilir, çünki dəbdəbəli saçlar,bir-birinə dolaşmaq xüsusiyyətinə sahibdir.Saç düzümünü asanlaşdırmaq və dolaşıqlılığın qarşısını almaq üçün, sistem ortaya qoyulmalı: saçları asan darama vasitələri və daraq seçilməli, eləcə də saça qulluğun sadə qaydalarına riayət edilməlidir.

 

 

Saçların bir-birinə dolaşmasının səbəbləri.

Dolaşıqlığa gətirib çıxaran əsas səbəb – liflərin zədələnməsiidir.Zədələnməni törədən bir çox amillər var:

*düzgün seçilməmiş şampun, kondisioner və ya balzamdan imtina;

*boyamalar, kimyəvi qıvrıltma;

*termomüdafiə vasitələri olmadan fendən, ploykadan və ütüdən istifadə;

*yuyulduqdan sonra dərhal saçların daranması;

*bədəndə vitamin çatışmazlığı;

*baş dərisinin quruluğu;

*saç düzümünün darlığı;

*xroniki yorğunluq, stress, yuxusuzluq;

*uyğun gəlməyən daraq;

*baş geyimi olmaadan günəşdə və ya şaxtada olma;

*duzlu və ya xlorlu su;

Eləcə də bu ayrı ayrı halları da nəzərə almaq lazımdır:

*Buruq saçlar düz saçlardan daha tez-tez dolaşığa düşür

*Təbii nazikliyi olan saçlar daha asan elektrikləşir və dolaşığa düşür.

*Uzun saçlar qısa saçlardan daha çox dolaşığa meyllidir.

 

Bir cavab yazın