• AZ
  • RU
  • EN

Sağlam yuxu

Sağlam yuxu

Güclü və rahat yuxu sağlamlıq və gözəlliyin saxlanılması üçün vacibdir. Otağın havasını əvvəlcədən
dəyişərək erkən yatmaq daha yaxşıdır. Əgər hər hansı bir səbəbdən yuxusuzsunuzsa, melissa,
çobanyastığı və ya nanəli çay içmək, və ya bitki tərkibli yastıqdan istifadə etmək olar.

Fiziki aktivlik

Fiziki aktiv olun. Daha çox piyada gəzin, idmanla məşğul olun, qaçın, rəqs edin, sərgiləri ziyarət
edin. Televizorun ekranının qarşısında oturmaqdansa,piyada gəzməyə üstünlük verin. Daha tez-tez təbiət
qoynunda olun, əylənin pozitiv insanlarla ünsiyyət qurun.