• AZ
  • RU
  • EN

Xüsusi Tipslər

Tipsilər xüsusi bir yapışqan vasitəsi ilə dırnağın üst qatının şəffaf hissəsinə bərkidilir, daha sonra onlara uyğun bir forma verilir və üzərinə qaynaq üçün seçilmiş material yaxılır.Tipsi qaynaq -o qədər rahat və davamlı bir vasitədirki, – bu texnologiyayla uzadılmış dırnaqların plastinlərinə vaxtında düzəliş edildiyində, hətta 3-4 aya qədər qalması mümkündür. Tipslər yalnız xüsusi apparat vasitələriylə çıxarıldığına görə, onları ustanın köməyi olmadan ləğv etmək faktiki olaraq qeyri-mümkündür. Forma ilə qaynağa gelincə, bu üsul yalnız müştərinin təbii dırnağı azda olsa barmaq ucunu üstələdiyi halda rahat olur. Dırnaqlarqısa kəsildiyində isə, forma ilə dırnaq qaynağı etmək artıq mümkün olmur. İş orasındadır ki, formalarbir qədər uzadılmış dırnaq dərisinin altına yerləşdirilən və elə üzərinə qaynaq edilən şablonlardanibarətdir, ondan sonra formalar çıxarılmaqdadır. Formalar kağız və ya folqadan istehsal olunsada, qaynaq prosedurası başa çatdığında onlar ləğv olunur və dırnaq, süni plastinlərin yaradılması üçün istifadə olunan qatılaşmış materialdan formalaşır. Dırnaq qaynağı etməyin növləri: akril və ya gel ilə Xanımın daha çox hansına üstünlük verməsindən, süni örtüyün davamlılığına olan tələbindən və onunla davranmaq bacarığından asılı olaraq, xanım müştəriyə iki ən populyar dırnaq qaynağı növündən biri olan akrildən istifadə etmə və ya gel dırnaq yaradmaqla onların modelləşdirilməsi təklif oluna bilər. Bu növlərin hər biri bir sıra üstünlüklərə eləcə də mənfi hallara sahibdir. akril ilə Akril ilə dırnaq qaynağı deyiləndə texnologiyada akril maddəsindən yaradılmış dırnaqdan istifadə nəzərdə tutulur. Bu- pudra və xüsusi mayedən ibarət olub likvid(monomer) adlandırılan iki komponentli bir materialdır. Hava ilə təmas etdiyində çox tez 1-2 dəqiqə ərzində qatılaşan akril elə məhz pudra ilə likvidin qarışması zamanı formalaşır. Elə buna görədir ki akril ilə işləmək üçün ustadan dırnaqlara tez akril vurması, materialın quruması zamanı pozuntu və qabarıqlardan yayınaraq düzəldməsi bacarığı baxımından demək olar ki ən yüksək səviyyəli ustalıq tələb olunur.