• AZ
  • RU
  • EN

Yağlı dəri üçün ot maskaları

Yağlı dəri üçün ot maskaları
Yağlı dəri tez-tez iltihablanır və sızanaqlar ilə örtülür.Bu xoşagəlməz bir fenomenin qarşısını almaq
üçün,o müntəzəm olaraq təmizlənməlidir.Bunun üçün ağ ağcaqayın,acı yovşan, ağ qanqurudan
çiçəkləri,dəvədabanı, qoyunqıran, kasnı, pion, kalendula gülləri və qatırquyruğu qönçə və yarpaqlarından
hazırlanmış maskalar faydalı olacaq.Yağlı dəriyə,daha sonra ot təpitməsi əlavə edilən, 15 dəqiqə buxar
vannası yaxşı təsir göstərir.Qurumuş və ya təzə otu alıb qaynar su ilə dəmlənib, bir müddət saxlanılır.O
soyuduqdan sonra, 7-10 dəqiqəlik üzə vurulur.Sonra təpitmə yuyulur və üzə nəmləndiricisi krem
vurulur.Krem dəriyə hoptuqdan sonra,qalıqlar salfet kağız ilə çıxarılır.
Quru dəri üçün ot maskaları
Quru dəri sahibləri xanımların yaxşıca çalışmaları lazımdır.Onların dərisi çox incədir və daimi
nəmləndirilmə, qidalanma və müdafiə tələb edir.Onun üçün müalicəvi çobanyastığı,qanqurudan
çiçəkləri, nanə, adaçayı çiçəkləri, melissa, cəfəri, cökə çiçəkləri , qızılgül, mayaotu,şüyüd ləçəklərindən
maskalar hazırlanır.Maskanın hazırlanması üçün,iki xörək qaşığı ot qarışığı alıb,üzərinə iki stəkan soyuq
su doldurmaq,atəşə qoymaq, qaynama dərəcəsinə çatdırıb yavaş odda 5 dəqiqə ərzində pörtlətmək
lazımdır.Sonra suyunu soyudmaq,marla salfetlərini mayeyə daldırıb üzə tətbiq etmək lazımdır.Marla
salfetləri10-15 dəqiqə ərzində üç dəfə dəyişdirilməlidir.Proseduradan sonra maska isti su ilə yuyulur.20
maskadan ibarət kursu bir gündən bir həyata keçirmək tövsiyə olunur.